Hindistanda bina uçdu:  yaralılar var
08 fevral 2026 00:55 (UTC +04:00)

Hindistanda bina uçdu: yaralılar var

0

Hindistanın şimalında, Racastan ştatının Kota şəhərində binanın uçması nəticəsində azı səkkiz nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Məlumata görə, xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib. Xilasetmə işləri davam etdirilir.

"India Today" telekanalının məlumatına əsasən, binanın dağıntıları altında daha təxminən 20 nəfər qala bilər, lakin dəqiq say hələ müəyyən edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar