Hindistanda BAYRAM GECƏSİ FACİƏ : 12-dən çox adam öldü
01 yanvar 2022 09:12 (UTC +04:00)

Hindistanda BAYRAM GECƏSİ FACİƏ: 12-dən çox adam öldü

1

Hindistanın Cammu və Kəşmir ştatında dini bayram zamanı yaranan izdihamda azı 12 nəfər ölüb, 13 nəfər yaralanıb.

Lent.az bildirir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat verib.

Hadisə gecə vaxtı Katra şəhəri yaxınlığındakı Vaişno Devi məqbərəsinin yaxınlığında baş verib.

Polisin məlumatına görə, izdihama səbəb zəvvarlar arasında yaranan mübahisə olub. Hindistanın baş naziri Narendra Modi bildirib ki, həlak olanların ailələrinə təzminat olaraq 200 min rupi (2,6 min dollar) veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2065

Oxşar yazılar