HƏKİMLƏR ŞOKDA:  12-ci mərtəbədən yıxılan qız qalxıb söhbət etdi
27 aprel 2021 07:15 (UTC +04:00)

HƏKİMLƏR ŞOKDA: 12-ci mərtəbədən yıxılan qız qalxıb söhbət etdi

Moskvada ötən gecə 11 yaşlı qız 12-ci mərtəbədən yıxılıb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, yuxulu vəziyyətdə mənzilin pəncərəsindən yıxılan qız həkimlərə küçədə oyandığını bildirib.

Azyaşlıya çiyninin çıxması və baş nahiyəsində zədələnmə diaqnozu qoyulub.

Anasının dediyinə görə, qızı tez-tez otaqda yuxu gəzirmiş: “Adətən yataqdan yıxılırdı. Həmin axşam otağa girdim, qızım yerində deyildi. Sonra pəncərədən çölə baxarkən onun yerdə yatdığını gördüm”.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilməzdən əvvəl qızın şüuru özündə olub, Təcili yardım xidmətinin həkimləri ilə söhbət edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3270
avatar

Oxşar yazılar