Səudiyyə Ərəbistanında Həcc ziyarəti ilə bağlı yeni qadağa qüvvəyə minib.
Lent.az xarici mediaya istinadən bildirir ki, ölkənin Daxili İşlər Nazirliyi Həcc ziyarətinə sayılı günlər qalmış müqəddəs yerlərə icazəsiz girənlərə qarşı 10 min səudiyyə rialı yəni, 2 min dollar cərimə tətbiq olunması barədə qərar verib. Nazirlik eyni cinayəti təkrarlayacağı təqdirdə həmin şəxsin ikiqat cərimələnəcəyini bildirib.
Qeyd edək ki, iyulun 18-də start veriləcək illik Həcc ziyarəti üçün təhlükəsizlik tədbirlərinə başlanılıb.