Haitinin paytaxtı Port-o-Prensin şərqində yerləşən Krua-de-Buke həbsxanasından qaçmağa cəhd zamanı 10 məhbus öldürülüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı dörd polis əməkdaşı yaralanıb.
Səkkiz məhbus yerindəcə məhv edilib, daha ikisi aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Məhkumlar qaçmağa cəhd edərkən həbsxananın yeməkxanasını və anbarını yandırıblar.
Hazırda cəzaçəkmə müəssisəsində vəziyyət nəzarətə götürülüb. Həbsxanada bir neçə ədəd odlu silah aşkar edilib.