Ekvadorun paytaxtı Kitodakı El İnka həbsxanasında qarşıdurma olub.
Lent.az xəbər verir ki. bu barədə Ekvadorun Baş Prokurorluğu “Twitter” səhifəsində məlumat yayıb.
Hadisə nəticəsində 9 nəfər həlak olub.
Qeyd olunur ki, həmin gün səhər saatlarında Bermudez ləqəbli Los Lobos dəstəsinin lideri oradan ciddi rejimli həbsxanaya köçürülüb.
Onun bu ayın əvvəlində El İnkada beş məhbusun ölümü ilə nəticələnən iğtişaşlara görə məsuliyyət daşıdığı güman edilir.
Xatırladaq ki, 2021-ci ilin sentyabr ayının sonunda Ekvadorun ən böyük şəhəri olan Quayaquildəki 1 saylı həbsxanada baş verən qarşıdurmalarda 119 məhbus öldürülüb.