Gürcüstanda “AstraZeneca” peyvəndi vurulan tibb bacısı öldü
19 mart 2021 12:42 (UTC +04:00)

Gürcüstanda “AstraZeneca” peyvəndi vurulan tibb bacısı öldü

Gürcüstanda ötən gün yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “AstraZeneca” peyvəndi vurulandan sonra anafilaktik şok keçirən 27 yaşlı tibb bacısı bu gün vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Tbilisidə yerləşən Birinci Universitet Klinikası məlumat yayıb.

Bildirilib ki, peyvənd vurulandan sonra halı pisləşən tibb bacısı bu gün saat 12-də müayinə olunduğu Birinci Universitet Klinikasında keçinib.

Qeyd edək ki, hadisə ötən gün Gürcüstanın Axalsıx şəhərində qeydə alınıb. Vaksin vurulduqdan sonra vəziyyəti ağırlaşan tibb bacısı təcili Tbilisiyə çatdırılıb. Faktla əlaqədar Gürcüstan Ümumdünya Səhiyyə Təşkilatını və vaksini istehsal edən şirkəti məlumatlandırıb.

Gürcüstanda vaksinasiyaya martın 15-də start verilib. İlkin mərhələdə yalnız səhiyyə işçiləri vaksinasiya edilir. Birinci mərhələdə martın 13-də ölkəyə gətirilən “AstraZeneca” vaksinindən istifadə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2338

Oxşar yazılar

Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü

Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü

5 iyun 2025 , 11:52
Tarixin ən isti ili   nə vaxt olacaq?

Tarixin ən isti ili nə vaxt olacaq?

5 iyun 2025 , 06:34
Rusiyalı model narkotik təbliğinə görə  hakim qarşısına çıxarılır

Rusiyalı model narkotik təbliğinə görə hakim qarşısına çıxarılır

5 iyun 2025 , 02:24
Tramp Putinlə danışdı

Tramp Putinlə danışdı

4 iyun 2025 , 21:04
İndi də bir günə 2000 kişi ilə  yatacaq

İndi də bir günə 2000 kişi ilə yatacaq

4 iyun 2025 , 19:59
Bəbir babanın yanında  5 yaşlı uşağı parçaladı

Bəbir babanın yanında 5 yaşlı uşağı parçaladı

4 iyun 2025 , 13:02
Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

3 iyun 2025 , 21:12
Ukrayna Krım körpüsünü  partlatdı -VİDEO

Ukrayna Krım körpüsünü partlatdı -VİDEO

3 iyun 2025 , 15:41