Gün qısaldıqca oğurluq halları artır – PARADOKS
08 noyabr 2021 00:11 (UTC +04:00)

Gün qısaldıqca oğurluq halları artır – PARADOKS

0

İsveçrə polisi oğurluqla mübarizə günündə maraqlı məlumat yayıb.

Lent.az-ın İsveçrə mətbuatına istinadla xəbərinə görə,  polis bildirir ki, gün qısaldıqca mənzillərdən oğurluq halları da intensivləşir. 

Söhbət oktyabr ayından martın sonunadək olan dövrdən gedir. Əslində burada qeyri-adi heç nə yoxdur. Mənzil oğruları qaranlıq vaxtı boş evləri daha tez müəyyən edə bilirlər. Çıxış yolu kimi evdəki işıqların gecə vaxtı yanıb-sönməsini təmin edən rele quraşdırmaq, bir neçə dəqiqəlik uzaqlaşdıqda belə evin qapısını açarla bağlamaq lazımdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1859

Oxşar yazılar