Son iki gündə Yaponiyanın qərb və şimal bölgələrinə yağan güclü qar 230-dan çox təyyarə reysinin təxirə salınmasına səbəb olub.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, uçuşların çoxu Hokkaydo adasındakı Sapporo şəhərinin hava limanından təxirə salınıb.
Hava limanında qarı təmizləmək üçün administrasiya uçuş-enmə zolağını üç saat bağlamalı olub.
Sin-Çitose hava limanında sərnişinlər biletləri dəyişmək məcburiyyətində qalıb. Böyük növbələrin yarandığı bildirilir.
Hazırda Hokkaydonun bir sıra regionlarda qar örtüyünün hündürlüyü bir metri keçir.