"Forbes"in siyahısında olan 70 yaşlı deputat  döyüşə qatıldı
25 mart 2026 17:19 (UTC +04:00)

"Forbes"in siyahısında olan 70 yaşlı deputat döyüşə qatıldı

0

Rusiyanın Çelyabinsk vilayətinin qanunverici məclisinin deputatı Valeri Filippov Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukrayna ilə döyüşə yollanmaq qərarı verib.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, Filippov daha əvvəl də hərbi əməliyyatlar zonasına ezam olunub, lakin bunun harada və nə vaxt baş verdiyi açıqlanmayıb.

Qeyd olunur ki, görünür, baş verənlər ona elə təsir edib ki, keçmiş desantçı bu yaşında uzun müddətə getmək qərarına gəlib.

Filippovun 70 yaşı var. O, regionun qanunverici məclisinə ardıcıl dörd çağırış seçilib. Vahid Rusiya partiyasının üzvüdür və qanunvericilik, dövlət quruculuğu, yerli özünüidarəetmə, eləcə də büdcə və vergilər üzrə komitələrdə təmsil olunur.

Deputat həmçinin iri dənli məhsul istehsalçısı olan “Uvelka” şirkətinin təsisçisi və prezidentidir. Dəfələrlə “Forbes” jurnalı tərəfindən Rusiyanın ən varlı biznesmenləri siyahısına daxil edilib.

Çelyabinsk vilayət qanunverici məclisinin sədri Oleq Gerber açıqlamasında Filippovun “uzunmüddətli ezamiyyətə” getdiyini təsdiqləyib. Bildirilib ki, bu ezamiyyət ən azı yarım il davam edəcək və o, bu müddətdə deputat mandatını qoruyacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar