FİFA prezidenti 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı zamanı Ukraynada hərbi əməliyyatların dayandırılmasını dəstəkləyir.
Lent.az bildirir ki, “Reuters” agentliyinin məlumatına görə, Canni İnfantino bu barədə G20 (Böyük iyirmilik) nümayəndələri ilə nahar zamanı deyib.
“Mən hamıya dünya çempionatı zamanı Ukrayna və Rusiya arasında bir ay müddətində atəşkəs barədə düşünməyi və ya heç olmasa sülhə doğru ilk addım kimi dialoqun bərpasına səbəb ola biləcək humanitar dəhlizlərin həyata keçirilməsini təklif edirəm.
Canni İnfantino
Siz dünya liderlərisiniz, tarixin gedişatına təsir etmək qabiliyyətiniz var. Futbol və dünya çempionatı sizə planetdə birlik və sülh üçün unikal platforma təklif edir”, - İnfantino bildirib.
Qeyd edək ki, Ukrayna tərəfi münaqişənin istənilən formada dondurulmasından imtina edir, çünki bu, Kreml qoşunlarına nəzarət etdiyi ərazilərdə əlavə mövqe tutmağa imkan verəcək.