Evdən süd almaq adı ilə çıxdı, 1 milyon pulla qayıtdı
03 yanvar 2022 02:11 (UTC +04:00)

Evdən süd almaq adı ilə çıxdı, 1 milyon pulla qayıtdı

ABŞ-ın Virciniya ştatının sakini bir neçə dəqiqənin içində milyonçu olub.

Lent.az-ın xəbərinə görə, arvadı kişini səhər tezdən uşaqlara süd almaq üçün qonşu məhəlləyə göndərib.
Kişi yolda bəxtini sınamaq üçün lotereya alıb. Həyatında ilk dəfə aldığı lotereya onu milyonçu edib. Halbuki, bu məbləği qazanmaq ehtimalı 2 milyonda birdir.

Qaydaya görə, şanslı kişi məbləği 2 cür götürə bilər: pul bir dəfəyə götürəcəyi halda onun əlinə vergilər çıxılmaqla 640 000 dollar çatacaq. 30 il ərzində hissə-hissə götürəcəyi təqdirdə isə heç bir vergi ödəməyəcək. O, ikinci yolu seçib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082
avatar

Oxşar yazılar