İspaniyanın Barselona şəhərində qadın ərinin pulunu ələ keçirmək üçün maraqlı fırıldağa əl atıb.
Lent.az-ın İspaniya mətbuatına istinadla xəbərinə görə, polis idarəsinə gələn ər arvadının oğurlandığını və qaytarılması müqabilində 6000 avro haqq tələb edildiyini deyib.
Polis hadisəni araşdırarkən heç bir adam oğurluğu faktı müəyyən edilməyib. Qadın bir kazinoda sağ-salamat tapılıb. Məlum olub ki, o, ərinin lotoda qazandığı 6000 avronu ələ keçirmək üçün yalana əl atıb.
Qadına qarşı yalan məlumat vermə ittihamı ilə cinayət işi açılıb. Onun barədə ev dustaqlığı qətimkan tədbiri seçilib.