türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
26 aprel 2021 12:02 (UTC +04:00)

türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğanın "sağ qolu"ndan ABŞ-a CAVAB: "Qarşılıq veriləcək"

ABŞ prezidenti Jozef Baydenin 1915-ci ildə olanlarla bağlı “soyqırım” kəlməsi işlətməsi Ankara və Vaşinqton arasında vəziyyəti gərginləşdirib.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, hadisə barədə hələ ki, açıqlama verməyən prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın ingilis xəbər agentliyi “Reuters”ə danışıb.

O bildirib ki, Baydenin açıqlamasına qarşıdakı günlər və aylarda fərqli şəkillərdə qarşılıq veriləcək. Ərdoğanın “sağ qolu” ABŞ-ın İncirlik bazasından istifadəsinin məhdudlaşdırılması üçün Türkiyənin hansı addımlar atacağı barədə danışmayıb:

“Uyğun zamanda bu yersiz açıqlama üçün qarşılıq verəcəyik. ABŞ prezidentinin 1915-ci il hadisələrinə soyqırım deməsi son dərəcə uğursuz, yersiz siyasət və hüquqsuz addımdır. Həmin açıqlamanın nə keçmiş tariximizi anlamağa, nə bu gün söz deməyə, nə də ki gələcək planlarımıza təsir etməyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2187
avatar

Oxşar yazılar