Pakistan Senatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ukrayna böhranının həllində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatına namizəd göstərib.
Lent.az-ın "Anadolu" agentliyinə istinadla xəbərinə görə, bu barədə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani Norveç Nobel Komitəsinə məktubunda bildirib.
“Rusiya-Ukrayna müharibəsi tezliklə bütün dünya üçün fəlakətlə bitə biləcək qaynar nöqtəyə çevrildi. O, (Ərdoğan) yorulmaz səyləri, hər iki tərəflə vaxtında və səmərəli qarşılıqlı əlaqəsi sayəsində qlobal fəlakətin qarşısını təkbaşına aldı”, - məktubda vurğulanıb.
Sancrani prezident Ərdoğanı “hər zaman təkcə ölkəsinin deyil, bütövlükdə regionun və dünyanın inkişafı və çiçəklənməsi üçün çalışan əsl dövlət xadimi və lider” adlandırıb.