Rəcəb Tayyib Ərdoğan
01 mart 2022 20:24 (UTC +04:00)

Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Avstriya və Niderland liderləri ilə Ukraynanı müzakirə edib

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya Prezidenti Aleksandr Van der Bellen və Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığı aparıb.  

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyası yayıb. 

Qeyd olunub ki, həmkarları ilə danışıq zamanı Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayıb. 

Həmçinin Ərdoğan tərəflər arasında tez bir zamanda atəşkəsə nail olmaq üçün Türkiyə dövlətinin səyləri davam etdirəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1531

Oxşar yazılar