Elə böyük balıq  tutdu ki, şəhər sakinlərini də qonaq etdi
30 mart 2026 16:00 (UTC +04:00)

Elə böyük balıq tutdu ki, şəhər sakinlərini də qonaq etdi

0

ABŞ-da bir kişi qılınc balığı tutaraq Florida ştatında rekord nəticə əldə edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, balıqçının sözlərinə görə, ovu tutmaq üçün onun 5 saat vaxtı gedib və nəticədə əldə etdiyi balıqla şəhər sakinlərini qonaq edib.

Nəhəng balıq oğlunun məktəbi bitirməsi münasibətilə ailə ilə birlikdə kirayə götürülmüş qayıqla dənizə çıxarkən aşkar edilib. Onu tutmaq üçün mübarizə təxminən beş saat çəkib. Daha sonra isə balığı tam nəzarətə götürmək və qayıqa qaldırmaq üçün əlavə olaraq təxminən 30 dəqiqə vaxt lazım olub.

Balığın ölçüsü çox böyük olduğuna görə onu dəsmallarla bərkitmək və qismən qayıqda parçalamaq məcburiyyəti yaranıb.

Ailə ovun böyük hissəsini yerli sakinlərə paylamaq qərarına gəlib. Nəticədə təxminən 50–70 nəfər təzə qılınc balığı ilə qonaq edilib, balıqçılar isə yalnız kiçik bir hissəni özləri üçün saxlayıblar.

Mütəxəssislərin sözlərinə görə, bu ölçüdə balıqlar çox nadir hallarda rast gəlinir və bu hadisə region üçün həqiqətən unikal sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar