Əkrəm İmamoğlu məhkəməyə çıxarıldı: 7 il həbs edilə bilər
11 aprel 2025 17:13 (UTC +04:00)

Əkrəm İmamoğlu məhkəməyə çıxarıldı: 7 il həbs edilə bilər

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu bu gün məhkəmə qarşısına çıxarılıb. 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, o,  İstanbul Cumhuriyyət Baş Prokuroru Akın Gürleki və ailəsini təhdid və təhqir etməkdə ittiham olunur. 

Silivri həbsxanasında keçirilən məhkəmə iclasında İmamoğlu ittihamları rədd edib: "Təhdidmiş. Mən kimi təhdid etmişəm? Belə bir şey ola bilərmi? Açıq-aşkar təhqir, bu necə açıq-aşkar təhqirdir? Bu ifadə azadlığıdır", - o qeyd edib.

Məhkəmə, Akın Gürlekin vəkilinin təhdid və təhqir ittihamları üzrə tələblərini qəbul edib, lakin terrorla mübarizədə iştirak edən şəxsləri hədəf göstərmək ittihamı üzrə tələbi rədd edib.

Günahı sübuta yetirilərsə onu  7 il 4 aya qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, növbəti məhkəmə iclası 16 iyun 2025-ci il tarixinə təyin edilib.

Xatırladaq ki, İmamoğlu, 23 mart 2025-ci il tarixindən bəri Silivri həbsxanasında saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1814

Oxşar yazılar

Silahlılar kəndə basqın edib 300-dən çox adamı  öldürdülər

Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər

15 iyul 2025 , 12:36
115 yaşlı  marafonçu faciəli şəkildə öldü

115 yaşlı marafonçu faciəli şəkildə öldü

15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl  hamilə olduğunu öyrəndi - Özü DANIŞDI

Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI

15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord

"Bitcoin"in məzənnəsində yeni rekord

14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili  təqdim olundu

Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu

14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA:  ölənlər var

ABŞ-da kilsədə ATIŞMA: ölənlər var

14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər  xlordan zəhərləndi

Rusiyada 31 nəfər xlordan zəhərləndi

13 iyul 2025 , 22:47
Londonda təyyarə  qəzaya uğradı

Londonda təyyarə qəzaya uğradı

13 iyul 2025 , 22:16