Noyabrın 7-dən 13-dək olan həftə ərzində 2,3 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 7 mindən çox insan ölüb. Əvvəlki 7 günlə müqayisədə yoluxanların sayı 2 faiz artıb, ölənlərin sayı isə 30 faiz azalıb.
Lent.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.
Məlumata əsasən, dünyada bir həftə ərzində 2 345 537 yoluxma, 7 457 ölüm halı qeydə alınıb.
Yaponiyada bir həftə ərzində ən çox yoluxma qeydə alınıb - 503 766. Bunun ardınca Koreya Respublikası (355 990), ABŞ (281 955), Almaniya (184 987) və Çin (171 745) gəlir. Yeddi gündə ən çox ölüm halları ABŞ-da qeydə alınıb - 2323 nəfər, bundan sonra Yaponiya (552), Rusiya (436), Çin (410) və Fransa (390) gəlir.