Son sutkada dünyada 513 797 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub, 9 984 nəfər ölüb.
Lent.az-ın xəbərinə görə, bu, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son statistikada əksini tapıb.
Beləliklə, indiyə qədər dünyada 122 524 424 nəfər koronavirusa yoluxub, 2 703 620 nəfər ölüb.
Ötən sutkada COVİD-19-a yoluxmaların 40 faizindən çoxu (206 504 yoluxma) Avropanın payına düşür. İkinci yerdə 202 660 yoluxma ilə Şimali və Cənubi Amerika, üçüncü yerdə 51 988 yoluxma ilə Cənub-Şərqi Asiya gəlir.