Dünyada koronavirus pandemiyasının qurbanlarının ümumi sayı beş milyonu ötüb.
Lent.az bildirir ki, bu barədə Amerika Con Hopkins Universitetinin saytında məlumat verilib.
Universitetin məlumatına görə, hazırda dünyada 246 milyondan çox insan COVID-19 virusuna yoluxub. Noyabrın 1-i səhər saatlarına olan məlumata görə, xəstəlik nəticəsində ölənlərin sayı 5 000 425 nəfərə çatıb.
ABŞ yoluxma hallarının və yoluxma fəsadlarından ölənlərin sayına görə birinci yerdə qalır. Ölkədə 745 mindən çox vətəndaş koronavirusun nəticələrindən dünyasını dəyişib. Hopkins Universitetinin anti-reytinqində ikinci yeri Böyük Britaniya tutur, burada COVID-19 pandemiyası qurbanlarının sayı 141 minə çatıb, virus isə doqquz milyon əhalidə aşkar edilib.