Dünyada daha bir qorxulu xəstəlik yaylıır
25 dekabr 2023 02:11 (UTC +04:00)

Dünyada daha bir qorxulu xəstəlik yaylıır

İlin əvvəlindən bəri denge xəstəliyinə yoluxma hallarının sayı 5 milyonu keçib, 5 mindən çox insan həlak olub. Dünyada 2020-2022-ci illərdə yaşanan cüzi azalmadan sonra, bu xəstəliyin yayılması demək olar ki, gözlənilmədən tarixi maksimuma yüksəlib.

Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülletenində deyilir.

ÜST-ün məlumatına görə, 80-dən çox ölkədə və ərazidə denge xəstəliyinə yoluxma qeydə alınıb, bu halların təxminən 80 faizi və ya 4,1 milyonu Amerika bölgəsinin payına düşür.

ÜST dünyada dengenin daha geniş yayılması riskinin yüksək olduğunu hesab edir. 2000-2019-cu illərdə bu xəstəliyə yoluxma 10 dəfədən çox artaraq, 0,5 milyon hadisədən 5,2 milyona çatıb. 2020-2022-ci illərdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri də daxil olmaqla, dengeyə yoluxma hallarında bir qədər azalma müşahidə edilib. Lakin 2023-cü ildə bu xəstəliyə yoluxma halları kəskin şəkildə artmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4392
avatar

Oxşar yazılar