Rusiya Federasiyasının Rostov vilayətində magistral yolda baş verən qəzada 8 nəfər ölüb.
Lent.az-ın RenTV-yə istinadən verdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Vasili Qolubev məlumat verib.
Onun sözlərinə görə, Volqodonsk vilayətində iki avtomobil toqquşub. Ölənlər arasında dörd uşaq da var.