Venesuelada baş verən güclü daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb.
Lent.azxəbər verir ki, bu barədə yerli VTV telekanalı məlumat yayıb.
Ölkənin daxili işlər naziri Remixio Sebalyos bildirib ki, ölənlərin sayı 25-ə yüksəlib, 52 nəfər isə itkin düşüb.
***
Saat 00:48
Venesuelada daşqın nəticəsində 22 nəfər ölüb.
Lent.az TASS-a istinaən xəbər verir ki, hadisə ilə əlaqədar prezident Nikolas Maduro ölkədə üç günlük matəm elan edib.
52 nəfər hələ də itkin düşçüş sayılır.
Onun sözlərinə görə, Las-Teherias şəhəri yaxınlığında bir neçə dağ çayı öz məcrasından çıxıb.
Hazırda hadisə yerində xilasetmə işləri aparılır.