Daha bir güneyli fəal həbs edildi - FOTO
10 oktyabr 2022 23:05 (UTC +04:00)

Daha bir güneyli fəal həbs edildi - FOTO

Güney Azərbaycanın Əhər şəhər sakini, milli fəal Saleh Mollaabbasi döyülərək həbs  olunub.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, milli fəalın yaxınlarının verdiyi məlumata görə, İranda etirazlar başlayandan bəri hökumət qüvvələri bir neçə dəfə onun evinə qanunsuz basqın edib və hücumlar zamanı ailəsi, o cümlədən xanımı və qızları incidilib. 

 

Dünən gecə, oktyabrın 9-da yenidən çoxlu sayda repressiv zabitlər milli fəala hücum edərək döyüb və naməlum yerə aparıblar.


İndiyədək onun vəziyyəti və saxlandığı yer haqda məlumat yoxdur.

Bu vaxta qədər o, bir neçə dəfə fasilələrlə 6 dəfə həbs olunub. Axırıncı dəfə ötən il 10 aylıq həbs cəzasını çəkərək Əhər zindanından azadlığa çıxmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1659
avatar

Oxşar yazılar