DAHA BİR ERMƏNİ SAXTAKARLIĞI:  Şərablarını şotland viskisi kimi sırıdılar - ÜSTÜ AÇILDI
20 mart 2021 08:21 (UTC +04:00)

DAHA BİR ERMƏNİ SAXTAKARLIĞI: Şərablarını şotland viskisi kimi sırıdılar - ÜSTÜ AÇILDI

“FAS Russia” Ermənistanın “Ararat” adı ilə Rusiya bazarlarında satışına qadağa qoyub.

APA TASS-a istinadən xəbər verir ki, buna səbəb ermənilərin şərab şüşəsinin üzərində Şotlandiya istehsalı olan “MacIngal” brendinə oxşar etiketin yapışdırılmasıdır.

Bildirilib ki, ermənilərin bu saxtakarlığı istehlakçıların aldadılmasına xidmət edir. Etiketdə məhsulun mənşəyinin Şotlandiya olduğu təəssüratını yaradan fonda milli şotland kostyumunda adam təsvir edilib.

Qeyd edilib ki, bu, bazarda sağlam rəqabətə kölgə salır: “Haqsız rəqabət inhisar əleyhinə qanunvericiliyin pozulmasıdır. Bu səbəbdən “Ararat” şərabını istehsal edən ASC-yə antimonopoliya pozuntusu əlamətləri olan hərəkətlərə xitam verilməsinin zəruriliyi barədə xəbərdarlıq edirik. “MacIngal” brendinə bənzər etiketlər vurulmuş şərabların satışının dayandırılmasını  tələb edirik”.

Əlavə edilib ki, xəbərdarlıq bir ay ərzində icra olunmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5037
avatar

Oxşar yazılar