Şimali Makedoniyada ilk dəfə Omicron ştamına yoluxma hadisəsi aşkarlanıb.
Lent.az-ın məlumatına görə, bu barədə cümə ölkənin Respublika Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Skopye klinikalarından birində aparılan tədqiqat nəticəsində Omicron ştamına yoluxma müəyyən edilib.
Virusun daşıyıcısının Böyük Britaniyadan gəldiyi bildirilib. O, peyvənd olunub. Həmçinin, bu ilin əvvəlində koronavirusa yoluxub. Hazırda yoluxmuş şəxsdə xəstəlik yüngül keçir, o, özünü təcrid edib.
Xatırladaq ki, təxminən 2 milyon əhalisi olan Şimali Makedoniyada koronavirusa yoluxanların sayı 222 333 nəfərə çatıb.
Son sutka ərzində koronavirusdan 7 xəstə dünyasını dəyişib. Ölkədə 209 291 nəfər sağalıb, 7 868 nəfər vəfat edib.