Çinin Hubei Əyalətində güclü yağış selə səbəb olub.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sel fəlakəti zamanı 21 nəfər ölüb, 4 nəfər isə itkin düşüb.
Məlumata görə, yaşayış və iş yerləri su altında qalıb, yollar iflic vəziyyətinə düşüb. Minlərlə insan hadisə yerindən təxliyə olunub.
Ölənlərin və itkin düşənlərin sayının artması istisna edilmir.
Sevinc Fərid