Çində doğum sayının artması üçün YENİ GÜZƏŞT
22 fevral 2023 14:40 (UTC +04:00)

Çində doğum sayının artması üçün YENİ GÜZƏŞT

Çində yeni evlənənlərə ölkədə doğum nisbətini artırmaq üçün evlilik məzuniyyəti veriləcək.

Lent.az xarici KİV-ə isitnadla bildirir ki, tətil günlərinin sayını əyalətlər özləri təyin edəcək. Məsələn, Qansu və Şanxidə yeni evlənənlərə maksimum tətil günləri verilir - 30 gün, Şanxayda 10, Siçuanda isə 3 gün icazə verilir.

Məlumatda bildirilir ki, nikah məzuniyyəti doğum səviyyəsini artırmağın ən təsirli yollarından biridir.

Ekspertlərin fikrincə, Çində doğum nisbətinin azalması 1980-2015-ci illər arasında mövcud olan “bir uşaq” siyasəti ilə bağlıdır. Bundan əlavə, təhsil xərclərinin kəskin artması da bir çox çinlinin ümumiyyətlə uşaq sahibi olmaq istəməməsinə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1734
avatar

Oxşar yazılar