İlk dəfə insana eyni vaxtda donuzun qaraciyər və böyrəkləri  köçürüldü
09 iyun 2026 21:32 (UTC +04:00)

İlk dəfə insana eyni vaxtda donuzun qaraciyər və böyrəkləri köçürüldü

0

Çin alimləri dünyada ilk dəfə olaraq bir insana donuzun qaraciyəri və böyrəklərini transplantasiya ediblər.

Lent.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, donuz orqanları beyin ölümü baş vermiş 53 yaşlı kişiyə köçürülüb.

Transplantasiyadan sonra orqanlar təxminən beş gün fəaliyyət göstərib. Daha sonra isə xəstənin ailəsinin istəyi ilə tədqiqat dayandırılıb.

Alimlərin sözlərinə görə, araşdırma erkən immunoloji və metabolik reaksiyaların öyrənilməsinə imkan verib.

Tədqiqat iştirakçıları hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə heyvanlardan insanlara çoxorqanlı transplantasiya sahəsində mühüm rol oynaya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar