ABŞ-ın keçmiş prezidenti Donald Tramp
28 mart 2021 08:27 (UTC +04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp

"Bu, ölkəmizi məhv edəcək” - Trampdan sensasiyalı açıqlama

ABŞ-ın keçmiş prezidenti Donald Tramp həftələrdə dövlət başçısı olan dövrdə sədd çəkdirdiyi ABŞ- Meksika sərhədini ziyarət etməyi planlaşdırır.

APA xəbər verir ki bu barədə Tramp “Fox News”a açıqlamasında deyib.  

O bildirib ki, səfərdə məqsəd sərhəddə xidmət aparan sərhədçilər, immiqrasiya və gömrük polisinə dəstək olmaqdı. 

Keçmiş Prezident əlavə edib ki, sadaladığı qurumların əməkdaşlarının liderə ehtiyacı var: “Səfər yaxın bir neçə həftə ərzində baş tuta bilər. Biz burda danışırıq, hazırda minlərlə insan Meksikadan bibaşa ABŞ-a gəlir. Bu, ölkəmizi məhv edəcək”. 

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası son vaxtlar Meksikadan ABŞ-a qanunsuz yolla girməyə çalışan insan axınının artması fonunda ciddi şəkildə tənqid olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5271
avatar

Oxşar yazılar