Əfqanıstanın Band-e-Amir Milli Parkı ölkənin ilk qadın park mühafizəçilərini işə götürməsi ilə tanınırdı. Lakin ölkədə hakimiyyəti ələ keçirən Taliban hökuməti qadınların bu parka girişinə qadağa qoyulacağını açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, ölkənin Əxlaqın Təbliği və Əxlaqsızlığın Qarşısının Alınması naziri Məhəmməd Xalid Hənəfi qadınların parkda örtünmə qaydalarına əməl etmədiyini iddia edib.
Bölgəni ziyarət etdikdən sonra bu açıqlamaları verən Hənəfi səlahiyyətlilərə qadınların çadranı düzgün taxmadığını bildirib.
CNN International-ın məlumatına görə, 2019-cu ildə müxtəlif beynəlxalq təşkilatların əməkdaşlığı ilə yaradılan parkda dağlarla əhatə olunmuş dərin mavi göllər var.