Ümumrusiya Elmi-Tədqiqat Mülki Müdafiə və Fövqəladə Hallar İnstitutunun məlumatına görə 2021-ci ildə Rusiyada 21 güclü zəlzələ baş verib.
Lent.az-ın xəbərinə görə, məlumatda deyilir ki, Federasiyada seysmik aktivlik azalıb. Ötən il maqniudası 5-dən yuxarı olan zəlzələlərin sayı 21 olub. Yeraltı təkanlar nəticəsində heç bir dağıntı, tələfat və xəsarətalma faktı müəyyən edilməyib. Ölkədə əsas seysmik aktiv zona Kamçatkadır. Burada sunami təhlükəsi də istisna edilmir.