Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə Honq Konq seysmoloji şəbəkəsi məlumat yayıb.
Yeraltı təkanların episentri Pinqbian kəndindən 120 km şimal-qərbdə, Vyetnamla sərhəd yaxınlığında yerləşib.
Bu saata kimi tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.