Böyük Britaniyanın daxili işlər naziri istefa verib.
Lent.az xəbər verir ki, nazir Suella Breverman şəxsi elektron poçtundan rəsmi sənəd göndərdikdən sonra hökumətdən istefa verib.
O, istefa məktubunda hökumətin təhlükəsizlik qaydalarını pozduğunu etiraf edərək bildirib ki, səhvə yol verib:
“Mən səhv etdim, məsuliyyəti qəbul edirəm, istefa verirəm",- deyə keçmiş nazir qeyd edib.
O, həmçinin hökumətin yol aldığı istiqamətlə bağlı narahatlığını da dilə gətirib.
Bununla da Seulla Breverman 1834-cü ildən bəri ən qısa müddətdə xidmət edən daxili işlər naziri olub.