Böyük fəlakət - Ölənlərin sayı 645 nəfərə çatdı
18 avqust 2025 03:34 (UTC +04:00)

Böyük fəlakət - Ölənlərin sayı 645 nəfərə çatdı

Pakistanda 26 iyun-16 avqust tarixləri arasında ölkə daxilində yağan güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 645 nəfər həlak olub.

Lent.az xəbər verir ki, bununla bağlı Pakistan Milli Fəlakət İdarəsi Agentliyi (NDMA) məlumat yayıb.

Pakistana təsir edən güclü musson yağışları sel və torpaq sürüşməsinə səbəb olub. Ölkədə təbii fəlakətlər nəticəsində ölənlərin sayı artmaqda davam etdiyi üçün səlahiyyətlilər yeni bəyanat yayıb.

Qeyd edək ki, dünən və ötən cümə günü baş verən fəlakətlərdə ən azı 351 nəfərin həlak olduğu, xilasetmə qruplarının dağıntılar altından cəsədləri çıxarmaq üçün hələ də işlər gördüyü açıqlanmışdı.

NDMA rəhbəri general-leytenant İnam Heydər builki musson yağışlarının keçən ilki ilə müqayisədə 50 faiz daha intensiv olduğunu və sentyabr ayına qədər daha üç yağışın gözlənildiyini bildirib.

O qeyd edib ki, iqlim dəyişikliyi Pakistana ciddi təsir edib və xüsusilə Buner, Bajaur və Battaqram rayonlarında geniş dağıntılara səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374

Oxşar yazılar