BMT-dən xəbərdarlıq - Cənubi Avropada səhra zonaları yaranacaq
07 oktyabr 2024 03:41 (UTC +04:00)

BMT-dən xəbərdarlıq - Cənubi Avropada səhra zonaları yaranacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin sədri Cim Ski qlobal istiləşmə zamanı Cənubi Avropa ölkələrində səhra ərazilərinin görünməyə başlayacağı barədə xəbərdarlıq edib.

Lent.az xəbər verir ki, o, bu barədə “The Daily Telegraph” qəzetinə müsahibəsində danışıb.

“Bütün Avropa həssasdır, xüsusən də Aralıq dənizi. Artıq biz səhralaşmanın təkcə Şimali Afrikada deyil, Avropanın Yunanıstan, Portuqaliya və Türkiyə kimi cənub kənarlarında da baş verdiyini görürük”, - deyə ekspert bildirib.

Ski hesab edir ki, qlobal istiləşmə Avropada bəzi iqtisadi fəaliyyətləri çətinləşdirməklə təhdid edir. Məsələn, Polşa kartof kimi əsas bitkiləri becərməkdə çətinlik çəkəcək və İtaliya makaron hazırlamaq üçün istifadə edilən bərk buğdanı artıq becərə bilməyəcək.

O, bəşəriyyətin qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlamaq şansını əldən verdiyini və bu əsrdə onu 2 dərəcədən aşağı saxlamaq üçün səy göstərəcəyini bildirib.

"Mövcud siyasətlərimizə davam etsək, 2100-cü ilə qədər qlobal istiləşmənin 3 dərəcə Selsi səviyyəsinə yaxınlaşa bilərik" deyən Ski, Qərbi Avropa və Böyük Britaniyanın əsrin sonuna qədər ehtimal ki, 5 dərəcə selsi istiləşməsi ilə üzləşəcəyini söylədi.

Bildirilir ki, 2070-ci ilə qədər qışın 4,5 dərəcə isti və 30% daha rütubətli olacağı və daha çox daşqınlara səbəb olacağı proqnozlaşdırılır. Yayın 6 dərəcə selsi isti olacağı, tez-tez quraqlıqların olacağı və istidən ölüm hallarının kəskin artması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2043
avatar

Oxşar yazılar