Rusiyanın Krasnodar diyarında bir gündə iki məktəbli itib.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, 11 yaşlı beşinci sinif şagirdi Dmitri Qoryuşkin və 9-cu sinifdə oxuyan 14 yaşlı Aleksandr Qolubinski səhər saat yeddidə məktəbə gedib və ondan sonra şagirdlərdən xəbər olmayıb.
Dünən yeniyetmələrin valideynləri polisə müraciət ediblər.
Hər iki oğlanın valideynləri ayrılıb.
Qoryuşkin yoxa çıxmazdan əvvəl anası ilə mübahisə edib.
Onun yanında nə telefon, nə də pul olub.