Pakistanın Gilgit-Baltistan bölgəsində yaşayış binasının damının uçması nəticəsində azı 9 nəfər ölüb.
Lent.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə bazar günü “Doon” qəzeti məlumat yayıb.
Hadisə bazar günü səhər saatlarında rayonun şimal hissəsində yerləşən Çilas şəhərində baş verib.
Hadisəyə səbəb kərpic damın bərbad vəziyyətdə olması olub.
Qəzetin yazdığına görə, qəfil çökmə nəticəsində 8 uşaq və bir qadın dünyasını dəyişib.
Nəşrin məlumatına görə, iki saatlıq xilasetmə əməliyyatı zamanı onların cəsədləri dağıntılar altından çıxarılıb.
Qeyd olunur ki, Pakistanın baş naziri Şahbaz Şərif “Twitter” səhifəsində həlak olanların ailəsinə başsağlığı verib.