Suriyanı tərk etməyə hazırlaşan Bəşər Əsədin təyyarəsinin qəzaya uğraması və ya vurulması nəticəsində öldüyü bildirilir.
Lent.az-ın məlumatına görə, bu barədə iddia ilə "Reuters" Agentliyi yüksək ehtimalla yerli mənbələrə istinadən çıxış edib.
"Flightradar24" saytının məlumatında bildirilir ki, təyyarə havaya qalxdıqdan bir qədər sonra radarlardan itib.
Yerli mənbələr də hava gəmisinin vurulması ehtimalı üzərində dayanaraq, bu məsələ ətrafında naməlum vəziyyətin hökm sürdüyünü açıqlayıb.