Fransanın Nansi şəhərində bələdiyyə maraqlı üsula əl atıb.
Lent.az-ın Fransa mətbuatına istinadla verdiyi xəbərə görə, bələdiyyə sədri zibili təyin olunmamış yerə atanların özünə qaytarır. Bu iş üçün xüsusi çevik qrup yaradılıb. Onlar zibili kənara atanları müəyyən edir, sonra da tullantını qaytarıb həmin şəxsin həyətinə boşaldırlar.
Bələdiyyə sədri sosial şəbəkə hesabında əhaliyə müraciət edib: “kim zibili kənara atsa, özünə qaytaracağıq”.
Təmizliyə nəzarət üçün kommunada əlavə müşahidə kameraları quraşdırılıb.