Bələdiyyə Yeni il üçün küknar ağacı axtarır
20 iyun 2022 00:07 (UTC +04:00)

Bələdiyyə Yeni il üçün küknar ağacı axtarır

Bəlkə də ilk baxışda zarafat kimi görünə bilər: axı yayın ortasında Avropa istidən təngə gəldiyi vaxtda Yeni il hazırlığı hansı qurumun yadına düşür? İlin sonuna hələ çox var. Həm də Avropada hansı məmur risk edib çoxillik ağacı kəsə bilər?

Lent.az xəbər verir ki, Lükksemburq bələdiyyəsi risk yaradan ağacları qorumaq üçün bu yola əl atıb. Bələdiyyə bildirir ki, sakinlər həyətlərindəki çox hündür, aşma təhlükəsi olduğu üçün kəsilməli küknar ağacları barədə məlumat verə bilər. Boyu 8 metrdən çox olan ağaclar çıxarılaraq mərkəzi meydanlarda əkiləcək və Yeni il qabağı bəzədiləcək. Bütün əməliyyatlar bələdiyyənin hesabına həyata keçiriləcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1554
avatar

Oxşar yazılar