Baydenə aqressiv xərçəng  diaqnozu qoyuldu
19 may 2025 01:15 (UTC +04:00)

Baydenə aqressiv xərçəng diaqnozu qoyuldu

ABŞ-ın sabiq prezidenti Co Baydenə aqressiv xərçəng diaqnozu qoyulub.

Lent.az xəbər verir ki, bu haqda “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Siyasətçinin komandası bildirib ki, Bayden keçən həftə sidik problemləri ilə bağlı müayinə olunub. Müayinə zamanı Baydenə sümüklərə metastaz verən prostat xərçəngi diaqnozu qoyulub.

Xərçəng aqressivdir, lakin həkimlər onun müalicə oluna biləcəyinə inanırlar. Baydenin ailə üzvləri indi müalicə variantlarını nəzərdən keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408

Oxşar yazılar