Qətlə yetirilən Leyla Abbasova və qardaşı Munir Əsədov
19 mart 2021 15:24 (UTC +04:00)

Qətlə yetirilən Leyla Abbasova və qardaşı Munir Əsədov

Azərbaycanlı bacısını küçədə amansızcasına öldürdü - RUSİYADA - YENİLƏNİB

Martın 18-də Moskvanın Kotelnikov vilayətində  azərbaycanlı Munir Əsədovun 
hamilə bacısı Leyla Abbasovannı öldürməsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, Munir Əsədov bacısını öldürmək üçün əvvəlcədən hazırlaşıb.

O, bacısına bıçaqla 10 zərbə vurub, hadisədən sonra polis çağıraraq təslim olmaq istədiyini bildirib. Polis bölməsində isə bacısını yeni nikahına görə öldürdüyünü söyləyib. 

Mənbənin bildirdiyinə görə, eyni zamanda, dindirmə zamanı özünü kifayət qədər sakit aparıb, ayıq olub, əsəbiləşməyib, hətta zarafat da edirmiş.


***

18 mart, 18:24

Rusiyada azərbaycanlının doğma bacısını amansızcasına öldürməsinin bəzi təffürüatı məlum olub.

Bildirildiyinə görə, Moskva vilayətinin Kotelnikov qəsəbəsində qəddarcasına öldürülən Leyla Abbasova ikinci ərindən hamilə olub.

Bu haqda cütlük faciədən əvvəl xəbər tutub. 

Qətli törətməkdə şübhəli bilinən Munir Əsədova gəldikdə, məlumata görə, bacısının yeni ərindən xoşu gəlməyib. Onun həmin şəxsin milliyyətinə görə də narazı olduğu bildirilir. 

Digər məlumata görə, 40 yaşlı Leyla Abbasova 3 il görüşdüyü biznesmenə ərə gedib. Bu münasibət isə birinci ərindən rəsmən boşanmadan qurulub. İddialara görə, qadının birinci əri narkotik qəbul edir və onu döyürmüş. 

Leylanın həmin evlilikdən 3 uşağı var və ikinci əri onları maddi cəhətdən tam təmin etməyə söz veribmiş 

***

16:45

Rusiyanın Moskva vilayətində dəhşətli qətl baş verib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, vilayətin Kotelniki qəsəbəsində azərbaycanlı Munir Əsədov 40 yaşlı bacısı Leyla Abasovanı çoxsaylı bıçaq zərbələri ilə öldürüb.

 

Məlumata görə, hadisə gündüz, özü də küçədə insanların gözü qarşısında baş verib. Qadının sinəsinə və qarın nahiyəsinə bir neçə zərbə vuran Əsədov onu qarın üstündə yaralı vəziyyətdə qoyaraq qaçıb. Abasova elə yerindəcə keçinib.

Amma Əsədov çox uzağa gedə bilməyib. Az sonra polis tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9192
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar