Avtobus qəzası nəticəsində ikisi uşaq olmaqla 22 nəfər yaralanıb  -FOTO -VİDEO -YENİLƏNİB
02 yanvar 2022 13:32 (UTC +04:00)

Avtobus qəzası nəticəsində ikisi uşaq olmaqla 22 nəfər yaralanıb -FOTO-VİDEO-YENİLƏNİB

2

Rusiyada Ryazan vilayətinin Skopinski rayonunda avtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 22-yə çatıb.

Lent.az bildirir ki, bu barədə TASS agentliyi vilayət prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 22 nəfər xəsarət alıb, onlardan 12 nəfər xəstəxanaya yerləşdirilib, 10 nəfər evə buraxılıb. Prokurorluq əlavə edib ki, yaralılar arasında iki uşaq da var. Onlar xəstəxana yerləşdirilib. Üç nəfərin vəziyyəti ağırdır, reanimasiyadadır.

***

09:46

Rusiya Daxili İşlər Nazirliyi Ryazan vilayətində baş verən qəzada 5 nəfərin öldüyü, 21 nəfərin yaralandığı barədə məlumat yayıb.

Qeyd edək ki, əvvəlcə 14 yaralının olduğu bildirilmişdi.

***

09:31

Rusiyanın Ryazan vilayətində avtobus qəzası nəticəsində 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Daxili İşlər Nazirliyinin regional qərargahından məlumat verilib.

Hadisə yerli vaxtla saat 05.45 radələrində Moskva - Həştərxan magistralının Skopinski rayonunun Voslebovo kəndi yaxınlığında baş verib.

Məlumata görə, nəqliyyat vasitəsi Moskvadan Həştərxana doğru hərəkət edirmiş və dəmir yolu körpüsünün dayağına çarpılıb. Avtobusda 49 sərnişin olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 3905

Oxşar yazılar