Avropadan 400  rus casusu   qovulub - RƏSMİ
17 noyabr 2022 19:48 (UTC +04:00)

Avropadan 400 rus casusu qovulub - RƏSMİ

Bu il 400-dən çox şübhəli rus casusunun bütün Avropadan qovulması Rusiyaya ən mühüm strateji zərbə olub. Bu, Kreml lideri Vladimir Putin üçün də sürpriz olub. 

Lent.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Britaniya əks-kəşfiyyatının (MI5) rəhbəri Ken MakKallum deyib.

MI5-in rəhbəri Ken MakKallum

Onun sözlərinə görə, çoxlu sayda rusiyalı məmur dünyanın müxtəlif ölkələrindən, o cümlədən 600-dən çoxu Avropadan qovulub. Onlardan 400-dən çoxu Rusiya xüsusi xidmət orqanlarının casusu kimi tanınır.
"Bu, Avropanın ən yaxın tarixində Rusiya kəşfiyyat xidmətlərinə ən mühüm strateji zərbə vurub", - idarə rəhbəri belə hesab edir.

O əlavə edib ki, Böyük Britaniya bu il Rusiyanın 100-dən çox diplomatik viza müraciətini milli təhlükəsizlik səbəbi ilə rədd edib.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1317
avatar

Oxşar yazılar