Atasının köhnə dəftəri  sayəsində milyonçu oldu
25 mart 2026 17:38 (UTC +04:00)

Atasının köhnə dəftəri sayəsində milyonçu oldu

0

Böyük Britaniyada kişi atasının vaxtilə yazdığı “uğurlu” nömrələrdən istifadə edərək milli lotereyada 1 milyon funt sterlinq udub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Oksfordşirdən olan 56 yaşlı Şon atası Ceyms Heysin 1994-cü ildən 2010-cu ildə vəfat edənədək lotereya oynadığını bilirmiş və onun qeyd etdiyi nömrələr (6, 20, 34, 38, 47 və bonus top 4) yazılmış kiçik dəftərçəni saxlayırmış. Yeni il ərəfəsində o, dəftəri yenidən tapıb və ailə ənənəsini davam etdirmək qərarına gəlib.

“Əvvəlcə hər həftə həmin nömrələri yazırdım, amma sonra dəftəri itirdim. Onu yalnız yaxınlarda, təxminən Milad vaxtı yenidən tapdım və bu nömrələrlə oynamağa başladım. Və elə bu şəkildə qazandım”, — deyə Heys bildirib.

O, uduşunu həyat yoldaşı Sara Heys ilə pubda olarkən öyrənib. Şon qazandığı məbləği torpaq sahəsi olan ev almağa sərf etməyi planlaşdırır ki, nəhayət öz bağı olsun. O, bağçılığa maraq göstərsə də, xüsusi elektronika istehsalı ilə məşğul olan işindən ayrılmaq istəmir, sadəcə daha çox məzuniyyət götürmək niyyətindədir.

Bundan əlavə, o, həyat yoldaşı ilə birlikdə çoxdan arzuladıqları dünya səyahətinə çıxmağı planlaşdırır.

“Bu nömrələri seçdiyinə görə atama çox minnətdaram. Bu pul həqiqətən həyatımızı dəyişəcək”, — deyə britaniyalı əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar