Məşhur futbolçu Arda Turanla müğənni Berkay Şahinin növbəti məhkəmə prosesi keçirilib.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, müğənni Berkayın arvadı Özlemə cinsi təcavüz etdiyi iddia olunun Arda Turanın məhkəməsində futbolçu Burak Yılmaz da şahid qismində iştirak edib. Ancaq onun ifadə verdiyi prosesdə tərəflər heç biri gəlməyib. Onları vəkilləri təmsil ediblər.
B. Yılmaz prosesdə belə ifadə verib:
“Bir yerdə əylənirdik. Arda ilə Özlem xanım söhbət edirdi. Lakin nə danışdıqlarını bilmirəm Qəflətən Arda ilə Berkay arasında dava düşdü. Berkayın burnu qanamışdı, onu bayıra çıxardım və mühafizəçiləri gəldi. Daha sonra Ardanı çölə çıxartdım. 15 dəqiqə sonra isə Arda qayıtdı sonadək yanımda əyləşmişdi”.
Berkay və Arda Turan