Tanınmış siyasətçi tezliklə yüksək postunu tərk edəcək.
Lent.az xarici mediaya istinadla bildirir ki, Almaniya kansleri kimi sonuncu dəfə G20 sammitində iştirak edəcək.
Angela Merkelin siyasətdən getdikdən sonra nə etməyi planlaşdırdığı məlum olub.
Bu barədə Almaniya mətbuatı yazıb.
Hazırda kansler səlahiyyətlərini Angela Merkel icra edir. O, yeni kansler seçilən kimi kreslosunu boşaldacaq.
Bir çoxları siyasətçinin istefasından sonra nə edəcəyi ilə maraqlanır.
Merkelin özü də hələ bilmir.
Axı o, 16 il məsul vəzifədə çalışıb.
İndi siyasətçi kitab oxumaq və səyahətə vaxt ayırmaq istəyir. O, həm də faydalı keçirə biləcək boş vaxtının olmasından məmnundur.
Angela Merkel istefası ilə bağlı rahatlıq hiss etdiyini qeyd edib.
Bununla belə, o, kədərlənəcəyini də istisna etmir.