Alpinist arvadının gözü qarşısında öldü, digəri uçquna düşdü
12 avqust 2021 23:21 (UTC +04:00)

Alpinist arvadının gözü qarşısında öldü, digəri uçquna düşdü

Rusiyadan olan 2 alpinist Qırğızıstanda Tyan-Şan dağlarının ən yüksək zirvələrinə - Qələbə və Xan-Tenqri pikinə qalxarkən ölüb. 

APA “AKİpress”ə istinadən xəbər verir ki, alpinist Valentin Mixaylov avqustun 8-də Sankt -Peterburqdan gələn qrupun tərkibində, şimal silsiləsi boyunca Qələbə zirvəsinə (7439 m) qalxarkən qar uçqununa yıxılaraq ölüb.

Bir gün əvvəl Rusiyadan gələn, soyadı açıqlanmayan Sergey adlı başqa bir alpinist isə avqustun 8-də həyat yoldaşı Natalya ilə birlikdə Xan-Tenqri zirvəsinə (7010 m) qalxarkən səhhətində problemlər yaranıb. 6800 m yüksəkliyə ensələr də alpinist hərəkət edə bilməyib. Nataliya baza düşərgəsi ilə əlaqə saxlayıb kömək istəyib.

Ertəsi gün xilasetmə qrupu hadisə yerinə çatıb. Alpinistlərin hər ikisi xilas edilsə də avqustun 11-də Sergey dünyasını dəyişib.

Xatırladaq ki, ötən bazar ertəsi Qələbə zirvəsinə çıxan beş nəfərlik qrupun tərkibində olan iki iranlı alpinist - Britaniya vətəndaşı olan Mehri Cəfəri və İran vətəndaşı Rza Adineh də Tyan-Şanda ölüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2157
avatar

Oxşar yazılar